Xəbər - Nəzrin İsrafilova – Trend:
2021-ci ilin ilk 9 ayında nağdsız valyuta bazarında aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,6 faiz artaraq 19,2 milyard dollar ekvivalentinə çatıb.
Trend bu barədə Mərkəzi Bankın pul siyasəti barədə hesabatına istinadən məlumat verir.
Qeyd olunur ki, nağdsız valyuta əməliyyatlarının 85,9 faizi dollarda, 14,1 faizi isə digər valyutalarda aparılıb.
Valyuta əməliyyatlarının 28,7 faizi banklararası valyuta bazarında, 71,3 faizi isə bankdaxili valyuta bazarında həyata keçirilib.
Hesabat dövründə banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 35,4 faiz azalaraq 2,7 milyard dollar ekvivalentində olub. Bunun 85,2 faizini dollarla aparılmış əməliyyatlar təşkil edib.
(Tərcümə: Orxan Nəbiyev)