Azərbaycanın vaksin ehtiyatı nə qədərdir? – AÇIQLAMA

Xəbər - Elçin Mehdiyev – Trend:

Azərbaycanda 3 milyona yaxın vaksin ehtiyyatı var.

AzerTimes-ın məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzində jurnalistlərə açıqlamasında deyib.

V.Qasımov bildirib ki, Azərbaycanda kifatyət qədər peyvənd məntəqələri yaradılıb, vaksinasiya prosesinə kifatyət qədər tibb işçisi cəlb olunub: “Yəni vaksinasiya üçün imkanlar var”.

Qeyd edək ki, hazırda Azərbaycanda Çinin SINOVAC, İngiltərənin AstraZeneca/Vaxzevria, Almaniyanın Biontech/Pfizer və Rusiyanın Sputnik V vaksinləri tətbiq olunur. Bunların hər biri keyfiyyətinə görə təsdiqlənmiş dünyanın ən öncül vaksinlərindən hesab olunur.

Teqlər: