29 aprel 2022-ci il tarixindən etibarən Azərbaycan
Respublikasının Ukraynadakı Səfirliyi Kiyev şəhərində fəaliyyətini
bərpa edib.
Bu barədə AzerTimes-a Xarici İşlər Nazirliyindən məlumat
verilib.
Səfirliyin ünvanı dəyişməyib və aşağıdakı kimidir:
Ünvan: Kiyev şəhəri, Qlıboçitskaya küçəsi 24
Telefon: +380 44 484 69 40
Faks: +380 44 484 69 32
Səfirliyin konsulluq şöbəsi təhlükəsizlik şəraiti nəzərə
alınmaqla 30 aprel tarixindən başlayaraq aşağıdakı qrafik üzrə hər
gün işləyəcək:
Müraciətlərin qəbulu – 10:00-13:00
Hazır sənədlərin verilməsi – 15:00-18:00
Səfirliyin Konsulluq şöbəsi ilə +380 73 505 00 00 nömrəsi
vasitəsilə əlaqə saxlamaq olar.
Vətəndaşlarımızın diqqətinə çatdırırıq ki, səfirliyin Lvov
şəhəri Fedkoviça 60a ünvanında yerləşən müvəqqəti ofisində mümkün
konsulluq xidmətlərinin göstərilməsi 6 may 2022-ci il tarixinədək
eyni qrafiklə davam etdiriləcək. Səfirliyin Lvov şəhərində ofisi
ilə +380 99 408 99 43 nömrəsi ilə əlaqə saxlamaq olar.
Həmçinin diqqətə çatdırırıq ki, vəziyyətlə əlaqədar müvəqqəti
olaraq Azərbaycan Respublikasında verilmiş sənədlərin səfirlikdə
yenilənməsi fiziki olaraq mümkün deyil.