21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində üçüncü oyununu keçirib.
AzerTimes xəbər verir ki, F qrupunda yer alan yığma Lüksemburqla qarşılaşıb.
Matç Azərbaycan komandasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, U-21 millimiz ilk iki oyunda səfərdə Serbiyaya 0:2, evdə isə Şimali İrlandiyaya 0:1 hesabı ilə uduzub.