Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatlarının həcmi açıqlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2020-ci ildə Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 1,917 trilyon kubmetrə bərabər olub. Bu rəqəm 2019-cu illə müqayisədə dəyişməz qalıb.

Trend bu barədə Qaz İxrac Edən Ölkələrin Forumunun (GECF) statistik bülleteninə istinadən məlumat verir.

Bülletendə qeyd olunur ki, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2011-ci ildə 1,317 trilyon kubmetr, 2012-ci ildə 1,308 trilyon kubmetr, 2013-cü ildə 1,3 trilyon kubmetr, 2014-cü ildə 1,292 trilyon kubmetr, 2015-ci ildə 1,284 trilyon kubmetr, 2016-cı ildə 1,277 trilyon kubmetr, 2017-ci ildə 1,27 trilyon kubmetr, 2018-ci ildə isə 1,435 trilyon kubmetr təşkil edib.

Qeyd etmək lazımdır ki, OPEC-in məlumatlarına əsasən, 2020-ci ildə Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2019-cu illə müqayisədə 14,8 faiz artaraq 2,2 trilyon standart kubmetrə bərabər olmuşdu.

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: