Azərbaycanın təbii qaz ixracı artıb

Xəbər - Fidan Babayeva – Trend:

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycan 3,318 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,5 dəfə çoxdur.

Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-fevral aylarında ixrac olunan təbii qazın ümumi məbləği 357,692 milyon dollara yaxın olub.


Hesabat dövründə təbii qaz ixracı ölkənin ümumi ixracının 12,83 faizini təşkil edib.

Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.

Teqlər: