Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 18,256 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 48,68 faiz çoxdur.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, yanvar-noyabr aylarında ixrac olunan təbii qazın ümumi məbləği 4,479 milyard dollara yaxın olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfədən çox olub.
Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 22,62 faiz təşkil edib.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)