Xəbər - Sədrəddin Ağcayev – Trend:
2021-ci ilin yanvar-avqust aylarında Azərbaycan 13,241 milyard kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 32 faiz çoxdur.
Trend bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, yanvar-avqust aylarında ixrac olunan təbii qazın ümumi məbləği 2,35 milyard dollara yaxın olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz
Hesabat dövründə Azərbaycanın ixrac etdiyi qazın 55,2 faizi (7,309 milyard kubmetr) Türkiyəyə, 23 faizi (3,047 milyard kubmetr) İtaliyaya, 16,3 faizi (2,158 milyard kubmetr) Gürcüstana, 5,5 faizi (727,4 milyon kubmetr) Macarıstan, Bolqarıstan və İrana nəql olunub.
Qeyd edək ki, 2020-ci il ərzində Azərbaycan təxminən 2,19 milyard dollar məbləğində 12,424 milyard kubmetr qaz ixrac etmişdi.
Twitter: agdzhaev
(Tərcümə: Orxan Nəbiyev)