Keçən ildən başlayaraq bizim əsas taxıl idxal etdiyimiz ölkə
Rusiyadır.
AzerTimes-ın məlumatına bunu Baş nazir Əli Əsədov parlamentin bu gün
keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zaman
deyib.
O qeyd edib ki, Rusiya hökuməti taxılın ixracı ilə bağlı
rüsumları artırıb.
“Təbii olaraq, bu, qiymət artımları buğda və un məmulatlarında
özünü göstərib. Azərbaycan dövləti bu fərqləri bağlamaq üçün 75
milyon manata qədər subsidiya verib.
Bu, müharibəyə qədər olan dövr idi. Son günlər olan proseslər və
idxalın əsas ölkəsi olan Rusiyanın ixraca qadağa qoyması nəzərə
alınmalıdır. Ancaq bu gün xəbər yayıldı ki, Rusiya ixraca qadağanı
aradan qaldırıb. Bizim kifayət qədər taxıl ehtiyatımız var. Məsələ
tək taxıl məhsulu ilə bağlı deyil, uşaq qidalarından tutmuş,
logistikaya qədər bir sıra məsələlər var. Diqqətinizə çatdırım ki,
11-12 əsas məhsulla bağlı heç bir problem olmayacaq. İnanırıq ki,
sülh qələbə çalacaq və bu məsələ də öz həllini tapacaq”, – deyə Baş
nazir əlavə edib.