Azərbaycanın tarixi zəfərini qəbul etməyən dairələr var – Deputat

Xəbər - Elçin Mehdiyev – Trend:

İstər regional, istərsə də qlobal müstəvidə Azərbaycanın əldə etdiyi tarixi zəfəri və Azərbaycanın güclənməsini qəbul etməyən dairələr var. Onlar bəzən koordinasiyalı şəkildə, bəzənsə lokal formada ölkəmizə qarşı informasiya müharibəsini davam etdirirlər.

Bunu AzerTimes-a Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu İranın Azərbaycana qarşı əsassız ittihamlarına da toxunub. O qeyd edib ki, İran–Azərbaycan münasibətlərinin müsbət məcrada davam etdirilməsi üçün Azərbaycan tərəfinin əlindən gələni edir: “Cənab Prezident İlham Əliyevin İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibədə ölkəmizin müstəqillik prinsiplərinin xüsusi əhəmiyyətinə vurğu edilərək bu müstəqilliyə hörmətin zəruri olduğu ifadə edildi. Bu fikirlə bir daha qonşulara və bütün dünyaya ismarıc verildi ki, regionumuzda artıq heç nə əvvəlki kimi olamyacaq. İndi Azərbaycan ərazi bütövlüyünün bərpa edilməsi üçün beynəlxalq təşkilatlara və qlobal aktorlara müraciət edən ölkə yox, bu çətin və mürəkkəb problemi həll edərək beynəlxalq münasibətlər sistemində bir tarixi ilkə imza atan ölkədir və bunu hamı qəbul etməlidir.

Hazırda qarşımızda duran milli vəzifə isə “Böyük qayıdışı” təmin etməkdir ki, bu istiqamətdə qısa müddətdə çox böyük işlər görülüb. Azad edilmiş ərazilərimizdə enerji, su və nəqliyyat kommunikasiyaları demək olar ki, həll edilib. Cəmi 8 aya Füzuli beynəlxalq aeroportu inşa edilib. Şəhər və kəndlərimizin inşası üçün işçi palnlar hazırlanıb və bu prosesdə başda qardaş Türkiyə olmaqla, İtaliya şirkətləri də yaxından iştirak edir”.

Teqlər: