Noyabrın 21-i gecə saatlarından başlayaraq Təbrizə ilin ilk qarı yağıb.
AzerTimes xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Qar Təbrizdə nəqliyyatın hərəkətində problemlər yaradıb, bir sıra yollar bağlanıb.
Şərqi Azərbaycan əyalətinin Təhsil İdarəsi noyabrın 22-də mövcud hava şəraitinə görə dərslərin gecikmə ilə başladığını bildirib.