Xəbər - Zeyni Cəfərov – Trend:
2021-ci ilin sonunda Azərbaycanın strateji valyuta ehtiyatları 0,4 faiz artaraq 50,1 milyard dollara çatacaq.
AzerTimes-ın məlumatına görə, bu barədə Asiya İnkişaf Bankının (AİB) “Asian Development Outlook-2021” hesabatında deyilir.
Proqnozlara əsasən, 2022-ci ildə bu göstərici 2021-ci illə müqayisədə 0,6 faiz artacaq və 50,4 milyard dollar təşkil edəcək.
(Tərcümə: Orxan Nəbiyev)