Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. dolları ötüb

Azərbaycanını strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq 52,2 mlrd. ABŞ dollarına çatıb.

AzerTimes-ın məlumatına görə, bu barədə faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, AMB-nin valyuta ehtiyatları da ilin əvvəlindən 2% artaraq 6,5 mlrd. dollara çatıb.

Teqlər: