Azərbaycanın “Paymes” startap layihəsi Yaxın Şərq və Şimali
Afrika regionuna çıxmaq üçün Səudiyyə Ərəbistanın “PayTabs” şirkəti
ilə birləşir.
Bunu Trend-ə “Paymes”biznes inkişafı üzrə meneceri Tariyel Ağazadə deyib.
Onun sözlərinə görə, Yaxın Şərq və Şimali Afrika regionunda
milyonlarla sahibkara elektron kommersiya xidmətləri göstərmək üçün “Paymes” və “PayTabs” arasında müvafiq saziş imzalanıb.
“Bu əməkdaşlıq çərçivəsində “PayTabs” “Paymes”in Türkiyə və
Azərbaycandakı ofislərini idarə edəcək. Şirkətlər arasında
əməkdaşlıq Azərbaycan startapının ödəniş texnologiyaları və
imkanlarının genişlənməsinə xidmət edəcək”, – deyə o bildirib.
(Tərcümə: Orxan Nəbiyev)