Xəbər - Orxan Nəbiyev – Trend:
Azərbaycanın Niderlanddakı səfiri Fikrət Axundov Niderland parlamentinin Xarici işlər komitəsində iştirakdan imtina edib.
AzerTimes-ın məlumatına görə, bu barədə səfirliyin bəyanatında deyilir.
Qeyd edək ki, Ermənistan mətbuatında səfirin komitədə iştirakını ümumiyyətlə ləğv etdiyi barədə məlumatlar yer alıb.
Bu iddialara cavab olaraq Azərbaycan səfirliyi bildirib ki, səfir F.Axundov komitədə iştirakını ləğv etmədiyini, həmin iclasda çıxışdan imtina edib:
“Komitənin 24 üzvündən iclasda yalnı 2 deputata iştirak edib və onlardan biri Niderland-Ermənistan Dosluq Qrupunun qeyri-rəsmi sədri olib. Digər iştirakçılara növbəti erməni yalanlarını eşitmək maraqlı olmayıb. Erməni diplomatlardan fərqli olaraq azərbaycanlı diplomatlar xarici ölkə parlamentləri qarşısında öhdəlik daşımır və digər ölkələrdən humanitar və digər yardımlar üçün yalvarmır”.