Səmimi qonaqpərvərliyə və bu tədbiri yüksək səviyyədə təşkil
etdiyinə görə Azərbaycana təşəkkür edirəm. Azərbaycanda bu
konfransda iştirak etməkdən şərəf duyuram.
AzerTimes-ın məlumatına görə, bunu Pakistan İslam Respublikası Milli
Assambleyasının sədri Raca Pərviz Əşrəfi Bakıda keçirilən İqtisadi
Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü
Ümumi Konfransında çıxışı zamanı deyib.
O qeyd edib ki, təşkilat çərçivəsində güclü əməkdaşlığın
qurulması üçün möhkəm baza mövcuddur.
“Cəmiyyətlərimiz bir-birinə yaxındır, bir çox oxşar cəhətlərimiz
var. Regionumuz eyni taleyi bölüşür. Biz regional problemlərin
həllini kənarda axtarırıq. Biz birləşərək regionun ümumi rifahının
yeni səhifəsini yaratmağa kömək etməliyik, birlikdə maneələri
aradan qaldıracağıq. Ümud edirəm ki, Azərbaycanın sədrliyi dövründə
əlaqələrimizi daha da möhkəmləndirəcəyik”, – deyə o bildirib.