Azərbaycanın Rumıniyadakı səfiri dəyişdi

Azərbaycanın Rumıniyadakı səfiri dəyişdi

Hüseyn Nizami oğlu Nəcəfov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

AzerTimes xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Qüdsi Dursun oğlu Osmanov Azərbaycan Respublikasının Rumıniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Teqlər: