Azərbaycanın ritorikası hər yerdə və həmişə eyni olub, Ermənistanda isə sistemli problemlər mövcud olub.
AzerTimes-ın erməni KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qarabağ müharibəsinin nəticələri barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycan eyni mövqe sərgilədiyi müddətdə Ermənistan həm ölkə daxilində, həm də danışıqlar masasında fərqli fikirlər səsləndirib:
“Azərbaycanın ritorikası hər zaman və hər yerdə eyni olub. Biz isə bir suala cavab tapa bilməmişik: Danışıqlar masasında bizim üçün əlverişli həll yoluna nail ola bilsək, nə edəcəyik? Bu sistemli problem nəticədə ciddi təsir göstərdi”.