Azərbaycanın regional mərkəz qismində güclənməsi üçün yeni imkanlar yaranır – Qazaxıstan səfiri

Azərbaycanın regional mərkəz qismində güclənməsi üçün yeni
imkanlar yaranır.

Trend-in
məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serjan
Abdıkarimov iki ölkə arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi və Azərbaycan-Qazaxıstan Ekspert Şurasının
yaradılması ilə bağlı dəyirmi masa zamanı deyib.

“Post-münaqişə dövründə Azərbaycanın regionda rolunu
gücləndirəcək yeni imkanlar açılır. Bu baxımdan Zəngəzur dəhlizi
iqtisadi əməkdaşlıq üçün yeni qapılar açır”, – səfir deyib.

Onun sözlərinə görə, qarşılıqlı səmərəli ticarət münasibətləri,
beynəlxalq arenada qarşılıqlı dəstək Azərbaycanla Qazaxıstan
arasında möhkəm münasibətlərin əsasını təşkil edir.

“Ümummilli lider Heydər Əliyevlə Qazaxıstanın birinci prezidenti
Nursultan Nazarbayev arasında çoxillik mehriban dostluq
münasibətləri qardaş ölkələr arasında əlaqələrin güclənməsinə
xüsusi töhfə verib”, – deyə o bildirib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: