Beş il ərzində qiymətli metalların satışından Azərbaycan
iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib.
AzerTimes-ın məlumatına görə,
bunu “AzerGold” QSC-nin sədr müavini Xəyyam Fərzəliyev “Faydalı
qazıntıların kəşfiyyatı və dağ-mədən sənayesinin əsasları”
kitabının təqdimat mərasimində deyib.
“Fəaliyyət dövrü ərzində tərəfimizdən 287 min unsiya qızıl, 530
min unsiya gümüşün beynəlxalq bazara ixracına nail olub. 5 ildən
bir qədər çox olan dövrdə qiymətli metalların satışından ölkə
iqtisadiyyatına 757 milyon manata yaxın vəsait cəlb edilib”, –
X.Fərzəliyev deyib.
Onun sözlərinə görə, hazırda Daşkəsən rayonunda yerləşən
“Çovdar” qızıl yatağının oksid mərhələsindən sulfid mərhələsinə
keçid üzrə tranzit filizlərin istismarı, eləcə də Cəmiyyətin
geoloqları tərəfindən kəşf edilmiş “Ağyoxuş 1” və “Mərəh” qızıl
yataqlarında hasilat işləri aparılır:
“Yeri gəlmişkən, ötən il Daşkəsən rayonunda Cəmiyyətimizin
geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində daha
bir sahə, “Nərimanlı” potensial qızıl yatağı kəşf edilib. Hazırda
sözügedən sahə üzrə müvafiq geoloji tədqiqatlar davam
etdirilir”.