Azərbaycanın qeyri-neft ixracı yenidən beş il əvvəlki göstəricilərə çatıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin ilk səkkiz ayı ərzində Azərbaycanın qeyri-neft ixracının həcmi 1,6 milyard dollar təşkil edərək 2017-18-ci illərin göstəriciləri ilə bərabərləşib.

Bunu Trend-ə İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin departament rəhbəri Nicat Hacızadə deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyasının aktiv mərhələsinin azalması, əhalinin vaksinasiya prosesinin uğurla davam etməsi, istehsalın canlanması və Azərbaycanın tərəfdaş ölkələrində iqtisadiyyatın normallaşması ilin sonunadək Azərbaycanın qeyri-neft ixracının 2 milyard dollara çatacağını proqnozlaşdırmağa əsas verir:

“Əgər bizim proqnozlarımız özünü doğrultsa, bu ilin 10-11 ayı ərzində qeyri-neft ixracı 2019-cu ildə qeydə alınmış 1,9654 milyard dollar göstəricini üstələyəcək”

Twitter: @jafarov_zeyni

(Tərcümə: Orxan Nəbiyev)