Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb

Xəbər - Nəzrin İsrafilova – Trend:

2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ixracı 16,8 milyard dollar, qeyri-neft sektoru üzrə 2,1 milyard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 607,2 milyon dollar və ya 42 faiz artıb.

Trend bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na istinadən məlumat verir.

Hesabat dövründə qeyri-neft ixracında yeyinti məhsulları 3,2 faiz artaraq 582,2 milyon dollar təşkil edib. Qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 3,2 dəfə, mis və ondan hazırlanan məmulatlar 2,2 dəfə, pambıq 87,6 faiz, üzvi kimyəvi birləşmələr 40,6 faiz, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 59,2 faiz, alüminium və ondan hazırlanan məmulatlar 61,7 faiz, qiymətli metallar və ondan hazırlanan məmulatlarda isə 4,3 faiz artım qeydə alınıb.

2021-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (143,8 milyon dollar) birinci olub. Bu siyahıda qızıl (140,1 milyon dollar) ikinci, pomidor (128,2 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb.


Hesabat dövründə Rusiyaya 522,3 milyon dollar, Türkiyəyə 407,3 milyon dollar, İsveçrəyə 154,9 milyon dollar, Gürcüstana 109,5 milyon dollar və ABŞ-a 48 milyon dollar dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: