2021-ci il yanvar-iyun ayları ərzində qeyri-neft sektoru üzrə ixrac 1162,4 milyon dollar təşkil edib və 2020-ci illə müvaqfi dövrü ilə müqayisədə 27,1 faiz artıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən AzerTimes-a verilən xəbərə görə, “İxrac İcmalı”nın məlumatına görə, ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində koronavirus (COVID-19) pandemiyasının qeyri-neft ixracına mənfi təsrləri azaldılıb və ixracda dinamik artıma nail olunub.
Qeyd edilən müddətdə şəkər ixracı 2,5 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 2,4 dəfə, pambıq ipliyinin ixracı 2,4 dəfə, pambıq lifi ixracı 2,1 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 49 faiz artıb.