Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ərazilərinin azad olunmasını təmin edən, Cənubi Qafqazın çiçəklənən gələcəyinə və Avropanın daha yüksək təhlükəsizliyinə yol açan uğurlu müdafiə hərbi əməliyyatlarına başladı.
Bunu Trend-ə amerikalı ekspert Piter Teys deyib.
O bildirib ki, prezident İlham Əliyev yüksək liderlik keyfiyyyətləri, idarəetmə bacarıqları, qətiyyət və rəşadət nümayiş etdirib və BMT Təhlükəsizlik Şurasının qətnamələrini və prinsiplərini müdafiə edib:
“Azərbaycanın şanlı Silahlı Qüvvələri ölkə tarixi ərzində ən vacib geosiyasi məqsədinə nail oldu. 9 noyabr 1989-cu ildı Berlin divarının çökməsi və Almaniyanın birləşməsindən sonra Avropa tarixində bu miqyasda iri hərbi-siyasi hadisə baş verməmişdi”.
Ekspert qeyd edib ki, Azərbaycan ordusu İkinci Qarabağ müharibəsində son 30 ildə Avrasiyada görünməmiş qələbə qazandı:
“Xüsusən, Azərbaycanın Xüsusi təyinatlı qüvvələrinin yüksək hazırlıq səviyyəsi döyüş əməliyyatlarını dəqiqliklə və qətiyyətlə keçirməyə imkan verib. Azərbaycan ordusu döyüş taktikası düşməni çaşdırdı. Əks-həmlə tədbirləri isə elə həyata keçirilirdi ki, Ermənistanın faşist silahlı qüvvələri onu çözə bilməsin. Hərbi rəhbərliyin dayağı həm də keyfiyyətli təhsildir. Azərbaycanın tanınmış hərbçiləri öz biliklərini müasir hərbi ədəbiyyatın öyrənilməsi ilə tamamlayıb. Azərbaycan hökuməti ölkənin hərbi əməliyyatlar keçirmək bacarığını və Bakının strateji hədəflərinə yaranan təhdidlərə reaksiya vermək bacarığını artırmaq işinə sadiqdir”.
P.Teys vurğulayıb ki, bu gün Azərbaycanın azad edilmiş ərazilərində reallaşdırılan irimiqyaslı iqtisadi layihələr, o cümlədən Füzuli beynəlxalq hava limanı hökumətin bu regionların inkişafına sadiqliyini nümayiş etdirir: “Bu gün azad edilmiş ərazilərdə müşahidə olunan iqtisadi inkişaf heyrətləndirir”.
(Tərcümə: Orxan Nəbiyev)