Azərbaycanın qələbəsi Avropa üçün əhəmiyyətli təhdidlərdən birini də aradan qaldıracaq – “Azernews”

Azernews” qəzetində 24 May tarixində işıq üzü görmüş məqalədə Azərbaycanın müharibədə qazandığı qələbənin regional təhlükəsizklə yanaşı, bölgə və Avropa üçün əhəmiyyətli təhdidlərdən birini də aradan qaldıracağından bəhs edilir.

AzerTimes-ın məlumatına görə, məqalədə son dövrlər Ağdam, Kəlbcər və daha öncə Fuzulidə narkotik plantasiyaları və narkotik istehsalı laboratoriyasnın aşkarlanması və işğal dövründə Ermənistanın Qarabağ və ətraf rayonlarda silah və narkotik ticarəti ilə bağlı qanunsuz əməlləri və bu məsələlərə beynəlxalq təşkilatların laqeyd münasibətindən, eləcədə narkotiklərin Qarabağ ərazisindən dünyaya çıxıs marşrutlarından bəhs edilir.

Qeyd olunur ki, Azərbaycan dəfələrlə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmasına baxmayaraq, Ermənistan narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı və daha da yayılması üçün orada hər cür şərait yaratdı.

Bildirilir ki, müharibəyə qədər beynəlxalq narkotik ticarəti yollarından biri olaraq qalmağa davam edən Qarabağ üzərində nəzarəti bərpa etməklə Azərbaycan yalnız ölkə üçün deyil, bütün bölgə və dünya üçün gələcək təhdidləri qətiyətlə dəf edəcəkdir.

Teqlər: