Azərbaycanın qaz ixracından gəlirləri nə qədər artıb?

Azərbaycanın qaz ixracından gəlirləri nə qədər artıb?

2022-ci ilin yanvar-may aylarında Azərbaycan 9,458 milyard kubmetr təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,095 faiz çoxdur.

AzerTimes xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında bildirilib.

Hesabata əsasən, yanvar-may aylarında ixrac olunan təbii qazın ümumi məbləği 4,5 dəfə artaraq 5,995 milyard dollara çatıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 38,89 faiz təşkil edib.

Teqlər: