Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik – ABŞ səfiri

Xəbər - Çingiz Səfərli -Trend:

Azərbaycanın qadın zorakılığına qarşı gördüyü işləri təqdirəlayiq hesab edirik.

AzerTimes-ın məlumatına görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Erl Litzenberger Gender əsaslı zorakılıqla mübarizə üzrə İlkin yardım tərəflərinin 1-ci Milli Konfransında deyib.

Səfir bildirib ki, gender əsaslı zorakılığın formasından asılı olmayaraq, bu, insan hüquqlarının pozulmasıdır.

“Prezident Baydenin dediyi kimi planetdəki hər bir qadının hüququnu təmin etmədən bütün hüquqların pərpa olunmasından danışmağın mənası yoxdur. Azərbaycan hökumətinin bu sahədə gördüyü işləri təqdirəlayiq hesab edirik. Pandemiya şəraitinin bütün dünyada və Azərbaycanda da qadınların hüquqlarına necə təsir etdiyini gördük. Azərbaycanda təlimlər vasitəsilə gender əsaslı zorakılığın aradan qaldırılmasının mümkünlüyünə inanırıq. Bu barədə biz də öz töhfəmizi verəcəyik”, deyə səfir qeyd edib.

Səfir bildirib ki, 2015-ci ildə qadın zorakılığına qarşı başladılan proqram 2024-cü ilə qədər davam edəcək.

“Qadınların iqtisadi imkanlarının gücləndirilməsi nəzərdə tutulub. Təlimlər bir sıra qadınların özünəinamını gücləndirməsinə şərait yaradıb”, – deyə ABŞ səfiri əlavə edib.

Teqlər: