Xəbər - Cani Babayeva – Trend:
Leyla Bəşirova, Nəzrin Fərmanova və Mənsumə Məmmədzadədən ibarət
qadın qrupumuz Bakıda keçirilən akrobatika gimnastikası üzrə 12-ci
dünya yaş qrupları yarışlarında finala vəsiqə qazanıblar.
AzerTimes-ın məlumatına görə, qadın qrupumuzun iki (balans və temp)
hərəkətlərə görə balı 55,120 təşkil edib.
Finala həmçinin Rusiya (55,600), Belçika (55,600), Portuqaliya
(55,3030), İsrail (53,940), Fransa (53,500), Böyük Britaniya
(52,550), Almaniya (52,350), Niderland (52,160) və Polşa (51,970)
qrupları keçiblər.
Qeyd edək ki, martın 3-dən 6-dək Bakıda Akrobatika Gimnastikası
üzrə 12-ci Dünya Yaş Qrupları Yarışları keçirilir.
Yarışda 24 ölkədən 438 gimnast iştirak edir.