Azərbaycanın prioritetlərini dəstəkləyirik – Britaniya səfri (FOTO)

Biz silahlara nəzarət və Qadınlar Sülh və Təhlükəsizlik üzrə Azərbaycanın prioritetlərini dəstəkləyirik.

AzerTimes-ın məlumatına görə, bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp “Twitter” səhifəsində yazıb.

“Azərbaycanın -ın WPS üzrə Fəaliyyət Planını həyata keçirməyini səbirsizliklə gözləyirik.

Böyük Britaniya Azərbaycanın öz sədrliyini müvəffəqiyyətlə yerinə yetirməsi üçün onunla işləməyə hazırdır”, – səfir deyib.

Qeyd edək ki, 2022-ci ildə Azərbaycan ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna sədrlik edəcək

İki gün əvvəl xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun Azərbaycanın sədrliyi ilə keçirilən açılış iclasında prioritetləri açıqlayıb.

Teqlər: