Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb – İBF-in vitse-preziedenti (VİDEO)

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb.

Bu barədə AzerTimes-a açıqlamasında İBF-in (İnternational Business Forum) vitse-preziedenti Qazi Misirli bildirib.

O qeyd edib ki, İBF (İnternational Business Forum) bundan 25 il əvvəl Pakistanın Lahur şəhərində təsis olunub və hər il bu forum Pakistanda və Türkiyənin müxtəlif şəhərlərində keçirilir. Bu vaxta qədər Ciddə, Əbu Dabi, Ər-Riyad, Qahirə, Mərakeş və bir sıra başqa şəhərlərdə fəaliyətlərimiz olub, forumlar keçirilib. İBF növbəti formunun keçirilməsi üçün Bakının seçmələsi heç də təsadüfi deyil: “Çünki Bakı bizim üçün Asiyanın mərkəzidir:

Bakı forumunda sadəcə Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi (MÜSİAD) Türkiyə üzvləri deyil, eyni zamanda Avropadan və bir sıra digər yerlərdən də iş adamları iştirak edəcəklər. Forumun sadəcə iş adamlarının bir-birilərini tanıması baxımından deyil, eyni zamanda müsəlman dövlətlər arasında əlaqələrin möhkəmlənməsində də çox mühim rolu olacağına inanıram”.

O həmçinin bildirib ki, forumun Bakıda keçirilməsinin digər səbəbi də Azərbaycanın iqtisadi baxımdan önəmli olmasıdır: “Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra investorların bura marağı daha da artıb.

İnşallah gələn ay – 14-17 noybar tarixlərində Bakıda 500 investorla bir yerdə olacağıq. Görüşlər əsnasında protokol çıxışlarla yanaşı , müxtəlif sənədlərin imzalanması da gözlənilir.”

Qeyd edək ki, Bakı biznes formu noyabrın 14-17-də keçiriləcək.

Teqlər: