Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə dayanıqlı sülhün təminatı üçün fürsət yaranıb – Xorvatiyalı deputat

Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə bölgədə dayanıqlı sülhün təminatı üçün fürsət yaranıb.

AzerTimes-ın məlumatına görə, bunu Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Veljko Kajtazi Zəfər Günü münasibətilə Milli Məclisdə Azərbaycan-Xorvatiya parlamentlərarası işçi qrupunun rəhbəri Könül Nurullayevaya göndərdiyi təbrik məktubunda deyib.

Xorvatiya parlamentinin üzvü Azərbaycan xalqını Qələbənin ildönümü münasibətilə təbrik edib. Bildirilib ki, bölgədə azad edilmiş torpaqlarda suverenliyin və bütövlüyün bərpası ilə yanaşı, həm də dayanıqlı sülhün, təhlükəsizliyin təminatı üçün fürsət yaranıb. Azərbaycanlı məcburi köçkünlərin hüquqlarının bərpa edildiyini qeyd edən Veljko Kajtazi Kosovo və Xorvatiya müharibələrini xatırladıb. O, Azərbaycanın bütün insanlar üçün firavan həyata ədalətli və təhlükəsiz keçidi təmin edəcəyinə və münasibətlərin normallaşması istiqamətində fəaliyyətini davam etdirəcəyinə ümidvar olduğunu qeyd edib. Xorvatiyalı parlamentari münaqişədən əziyyət çəkən bütün insanlara qayğı və davamlı sülhə yönəlmiş siyasi dialoqun təmin ediləcəyinə əminliyini bildirib.

Veljko Kajtazi Azərbaycanın dostu, həmçinin Xorvatiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü kimi ölkəmizi dəstəkləməyə davam edəcəyini deyib.

Teqlər: