Xəbər - Ləman Zeynalova – Trend:
2000-ci ildən 2020-ci ilədək Azərbaycanın neft-qaz sektoruna 109,5 milyard dollar investisiya qoyulub, bunlardan 79,5 faizi xarici investisiyalardır.
Trend-in məlumatına görə, bunu energetika naziri Pərviz Şahbazov Rusiyanın “Nefteqazovaya Vertikal” jurnalına müsahibəsində deyib.
Nazir bildirib ki, Azərbaycanla Rusiya arasında qarşılıqlı investisiyalar sahəsində yaxşı dinamika müşahidə olunur: “Hər iki ölkənin dövlət başçılarının səyləri sayəsində Azərbaycanla Rusiya arasında siyasi və iqtisadi münasibətlər inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə çatır. Bu amil, şübhəsiz ki, iqtisadiyyatın bütün sferalarında, o cümlədən, neft-qaz sahəsində geniş imkanlar açır. Azərbaycanda bu gün Rusiya kapitalı ilə mindən çox şirkət fəaliyyət göstərir. Rusiya şirkətlərinin 2021-ci il aprelin 1-dək Azərbaycanın neft-qaz sektoruna investisiyaları 4,9 milyard dollar təşkil edib”.
Twitter: @Lyaman_Zeyn
(Tərcümə: Orxan Nəbiyev)