Azərbaycanın müdafiə xərcləri kəskin artırılır

Azərbaycanın müdafiə xərcləri kəskin artırılır

Azərbaycanın müdafiə və milli təhlükəsizlik xərcləri 11 % artırılır.

AzerTimes xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Bildirilib ki, müdafiə və milli təhlükəsizlik xərcləri təsdiq olunmuş 6421,0 milyon manata qarşı 7126,3 milyon manat və ya 705,3 milyon manat (11,0 faiz) artırılacaq.

Teqlər: