Azərbaycanın mobil operatorlarının xidmətləri artıq Rusiyadan ödənilə bilər

Azərbaycanın aparıcı mobil operatorları olan Azercell, Bakcell və Nar Mobile Rusiyanın SberBankı tərəfindən ödəniş sisteminə qoşulublar.

AzerTimes-ın “Nezavisimaya qazeta”ya istinadən verdiyi məlumata görə, artıq mobil nömrələrin hesabını “SberBank Onlayn” proqramı və ya xüsusi ödəniş terminalları vasitəsilə artırmaq olar.


Bildirilir ki, bütün ödənişlər komissiyasızdır.