Azərbaycanın milli rəqəmsal təhlil platforması istifadəyə verilir

Medianın İnkişafı Agentliyi müxtəlif istiqamətlərdə həyata
keçirdiyi islahatların davamı olaraq onlayn media subyekləri üçün
də əlavə reklam fürsətinin yaradılması istiqamətində işlər
görməkdədir.

AzerTimes-ın
məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin mətbuat katibi
Səidə Şəfiyeva bildirib.

O qeyd edib ki, Medianın İnkişafı Agentliyi bu sahədə
ixtisaslaşmış partnyorları ilə birgə bu gün Azərbaycanın milli
rəqəmsal təhlil platforması olan metrics.az layihəsini təqdim
edir.

“Qeyd edim ki, metrics.az təhlil platforması ölkədə 50-dən çox
yerli vebsaytlar və eyni zamanda sorğular vasitəsilə Azərbaycanda
ən çox oxunan xəbərləri, günün trendləri və müxtəlif statistik
məlumatları özündə ehtiva edir. Bu, biznes strukturları üçün
etibarlı məlumat bazası hesab oluna bilər”, – S.Şəfiyeva əlavə
edib.

Teqlər: