Azərbaycanın mərkəzində Bakıya qarşı təxribat – Foto

Azərbaycanın mərkəzində Bakıya qarşı təxribat – Foto

İran İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı “Fars” xəbər agentliyi Azərbaycanın Təbrizdəki konsulluq binasının ətrafı və qarşısında dini bayraqların asıldığını yazıb və buna dair fotolar paylaşıb.

AzerTimes xəbər verir ki, Azərbaycanda guya dini mərasimlərə icazə verilmədiyini, əzadarlıq bayraqlarının yığışdırıldıqlarını iddia edən İran mediası konsulluq binasına dini bayraqların “dindar gənclər” tərəfindən asıldığını iddia edib.

Sosial media fəalları isə öz paylaşımlarında bunun SEPAH və yarımhərbi “Bəsic” qüvvələri tərəfindən edildiyini bildiriblər.

Teqlər: