Azərbaycanın lider sığorta şirkəti olan “PAŞA Sığorta” bu il 15 illik yubileyini qeyd edir!

Daim qabaqcıl təşəbbüsləri ilə seçilən şirkət fəaliyyətə başladığı ilk ildən etibarən böyük uğurlara imza atmış və sığorta sektorunda öz layiqli mövqeyini daim qorumuşdur. “PAŞA Sığorta” son 5 il ərzində bölgələrdəki nümayəndəlik sayını 10-a çatdırmaqla artıq ölkənin bütün regionlarında müştərilərə daha rahat xidmət təmin etməkdədir.

Keçən 15 il ərzində “PAŞA Sığorta” şirkəti ilə 590 000 korporativ, 2 115 000 fərdi müştəri olmaqla, ümumilikdə 2 705 000 müştəri arasında sığorta müqaviləsi imzalanmışdır. Bu müqavilələrin nəticəsi olaraq şirkət öz müştərilərinə 392 000 000 AZN sığorta ödənişi həyata keçirmişdir. Qeyd olunan göstəricilər şirkətə qarşı olan müştəri inamının hər gün daha da artmasının sübutudur.

Qeyd etmək istərdik ki, şirkət 2021-ci ilin ilk rübündə ISO 10002:2018 beynəlxalq müştəri məmnuniyyəti sertifikatına layiq görülmüşdür. Bu, şirkətin müştərilərinə və onlara göstərilən xidmətlərin yüksək keyfiyyətinə son dərəcə həssas yanaşmasının nəticəsidir.

Müştərilərinin avtomobillərinə dəyən zərərləri beynəlxalq keyfiyyət standardlarına uyğun, tam şəffaf və daha sürətli qaydada qiymətləndirmək üçün “PAŞA Sığorta” şirkəti bu sahədə öz uğurlu mövqeyini təsdiqləmiş Solera şirkətinin Azərbaycandakı təmsilçisi Audatex şirkəti ilə 2020-ci ilin iyul ayından başlayaraq əməkdaşlığını genişləndirmişdir.

Keçən illər ərzində cəmiyyət qarşısındakı məhsuliyyətini daha dərin anlayan şirkət bir çox sosial yönümlü layihələri ilə də insanların rəğbətini qazanmağa nail olmuşdur. “Sığortaçı Akademiyası”, “Sənətim-Gələcəyim”, “Zərif əllərin gücü”, “Güvənli Gələcək” və bu kimi bir çox korporativ sosial məsuliyyət layihələrinə ilə “PAŞA Sığorta” şirkəti kimsəsiz uşaqların təhsilinə dəstək olmuş, qadınların öz bacarıqlarına uyğun sənətə yiyələnməsinə səbəb olmuşdur.

“PAŞA Sığorta” şirkəti həmçinin, idman sahəsinə olan davamlı dəstəyi ilə də seçilir. Artıq 10 ildir ki, “AFFA”nın rəsmi tərəfdaşı olan “PAŞA Sığorta” bu günə qədər federasiya ilə birgə “Məhəllə futbolu” layihəsi də daxil olmaqla bir neçə maraqlı təşəbbüslərə imza atmışdır. Şirkət eyni zamanda, Azərbaycan Gimnastika Federasiyasında keçirilən müxtəlif yerli və beynəlxalq yarışların dəstəkçisi olaraq ölkəmizdə idmanın inkişafıan töhfə verməkdədir.


“PAŞA Sığorta” şirkətinin biznes dəyərlərinin əsasında milli bazarın xüsusiyyətlərini nəzərə alan Qərb təcrübəsi durur. Şirkət “Global Compact”, “İMİA”, “AMCHAM” və “Azərbaycan Sığortaçılar Assosiasiyası” kimi təşkilatlarda üzv qismində təmsil olunur.

Şirkət 2020-ci ildən etibarən biznes proseslərində “Agile” yanaşmaya keçid etməyə başlamışdır. Agile yanaşma sayəsində şirkət xarici təsirlərə və bazardakı yeniliklərə qısa zamanda adaptasiya ola və cavab verə bilir. “PAŞA Sığorta” şirkəti ölkəmizdə biznes proseslərini “Agile” yanaşma ilə idarə edən azsaylı şirkətlərdən biri olmaqla yanaşı, bu yanaşmaya keçid edən ilk sığorta şirkəti olmuşdur.

Qlobal reytinq agentliyi “S&P” “PAŞA Sığorta” ASC şirkətinin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini “BB+”, reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. Agentlik şirkətin kapital adekvatlığını yüksək qiymətləndirib. “PAŞA Sığorta”nın kapital adekvatlığını və müsbət gəlirlilik səviyyələrini növbəti iki il ərzində qoruyub saxlayacağını və təkmilləşdirəcəyinə inandığını qeyd edib.

Son olaraq qeyd etmək istərdik ki, “PAŞA Sığorta” şirkətinin gələcək strateji dövr üçün əsas hədəfləri dəyişən bazar standartlarına uyğunlaşmaqla müştərilərinə innovativ və rəqəmsal həllər təqdim etmək, “Agile” yanaşma ilə idarəetmənin nəticəsi olaraq müştəri tələb və istəklərinə çevik şəkildə cavab vermək və müştəri məmnuniyyətinin idarə olunmasında ən yüksək keyfiyyəti əldə etməklə qeyri-həyat sığorta bazarındakı lider mövqeyini qorumaqdır.

Teqlər: