Azərbaycanın kibertəhlükəsizlik strategiyası hazırlanıb.
AzerTimes-ın xəbərinə görə, bunu rəqəmsal inkişaf və nəqliyyat
nazirinin müavini Rövşən Rüstəmov Sosial Tədqiqatlar Mərkəzi (STM)
tərəfindən hazırlanan “Azərbaycana qarşı dezinformasiya şəbəkəsi və
hibrid təhdidlər”lə bağlı hesabatın təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, Azərbaycan ermənilər tərəfindən onlayn
platformalarda təhrif olunmuş xəritələrlə üz-üzə qalıb: “Bizim
“Google” və digər təşkilatlara müraciətlərimiz nəticəsində
yüzlərlə, minlərlə toponimin adı dəyişdilərək əvvəlki tarixi adı
bərpa edilib”.