Azərbaycanın ixracında təbii qazın payı artıb

Xəbər - Sədrəddin Ağcayev – Trend:

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycan 7,233 milyard
kubmetrdən çox təbii qaz ixrac edib ki, bu da ötən ilin eyni dövrü
ilə müqayisədə 7,7 faiz azdır.

Trend bu barədə
Dövlət Gömrük Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, yanvar-aprel aylarında ixrac olunan təbii qazın
ümumi məbləği 3,7 dəfə artaraq 4,178 milyard dollara çatıb.

Hesabat dövründə Azərbaycanın ümumi ixracında qazın payı 35,34
faiz təşkil edib.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: