Azərbaycanın ixracı ilin əvvəlindən bəri 25 faiz artıb

Xəbər - Zeyni Cəfərov – Trend:

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycan ümumilikdə 11,4 milyard dollarlıq məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,8 faiz çoxdur.

AzerTimes-ın məlumatına görə, ixracatda dövlət sektorunun payı 49,05 faiz (5,59 milyard dollar), özəl sektorun payı isə 50,31 faiz (5,73 milyard dollar) olub.

Fiziki şəxslərin ixrac etdiyi məhsullar isə ümumi həcmin 0,64 faizini (72,8 milyon dollar) təşkil edib.

Bu dövrdə Azərbaycan 175 ölkə ilə ticarət əməliyyatları həyata keçirib.

Azərbaycanın ixracında xam neft, neft məhsulları, təbii qaz, qeyri-neft sektorunda isə meyvə-tərəvəz üstünlük təşkil edib.

Twitter: @jafarov_zeyni