Azərbaycan İspaniya ilə birlikdə top istehsal edib.
AzerTimes Report-a xəbər verir ki, top ilk dəfə Bakıda keçirilən ADEX sərgisində nümayiş etdirilib.
“Guardian 30” adlanan top silahının 30 mm çapı var. 2024-cü il istehsalı olan top bir neçə dəfə sınaqdan keçirilib.
Çəkisi 3 ton olan top 8-13 km məsafədəki hədəfi zərərsizləşdirə bilir. Birgə istehsal olunan BTR üzərinə yerləşdirilməsi mümkündür.