Azərbaycanın İrandakı səfiri geri çağırılıb – SƏRƏNCAM

Prezident İlham Əliyev B.S.Hüseynovun Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

AzerTimes-ın məlumatına görə, sərəncama əsasən Bünyad Səməd oğlu Hüseynov Azərbaycan Respublikasının İran İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycan Respublikasının İqtisadi Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.

Teqlər: