Azərbaycanın iqtisadi nailiyyətləri ölkənin beynəlxalq reytinqlərdə yüksək yerlərdə dayanmasını təmin edir – Spiker

Azərbaycan Prezidenti İlham Əliyevin müəyyən etdiyi
sosial-iqtisadi strategiya ötən il iqtisadiyyatda artım tempini
qoruyub saxlamağa imkan verib.

AzerTimes-ın məlumatına bunu Milli Məclisin sədri Sahibə Qafarova
parlamentin bu gün keçirilən iclasında Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının
müzakirəsi zaman deyib.

S.Qafarova bildirib ki, Azərbaycan iqtisadiyyatının inkişafı
istiqamətində nəzərdə tutulan bütün tədbirlər həyata keçirilir.

Azərbaycanın iqtisadi nailiyyətləri ölkənin beynəlxalq
reytinqlərdə yüksək yerlərdə dayanmasını təmin edir.

“Azərbaycan pandemiya ilə mübarizə aparan ölkələr arasında ön
sıralarda dayanır, eyni zamanda işğaldan azad edilmiş ərazilərdə
böyük bərpa və quruculuq işləri aparılır. Azərbaycan bu vəzifələri
uğurla icra edir”, – S.Qafarova deyib.

Teqlər: