2021-ci ilin fevralında “.az” domenində 214 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşüb. Bu, milli domendə qeydiyyata alınan internet resurslara hücumun 0,76 faizini təşkil edir.
Trend bu barədə “Netcraft” analitika şirkətinin hesabatına istinadən məlumat verir.
Ümumilikdə, yerli domendə 172 sayt fişinq hücumuna məruz qalıb ki, bu da yanvar ayı ilə müqayisədə 38 faiz azdır.
Bu günədək “.az” domenində 36,5 mindən çox sayt qeydiyyatdan keçib.
“Netcraft”-ın məlumatına əsasən, Ukraynada hər 24 saytın payına fırıldaqçılar tərəfindən bir səmərəli fişinq-hücum düşür.
Özbəkistanda 298 sayta 1, Rusiyada 52 sayta 1, Belarusda 649 sayta 1, Qazaxıstanda 760 sayta 1, Gürcüstanda 143 sayta 1, Latviyada 7 sayta 1, Estoniyada 183 sayta 1, Litvada 204 sayta 1 hücum düşür.
(Mətn: Sədrəddin Ağcayev. Tərcümə: Orxan Nəbiyev)