Azərbaycanın bir neçə illik inkişaf planları var və bu planlar heyranlıq doğurur.
AzerTimes xəbər verir ki, bunu Bolqarıstanın sabiq prezidenti Rosen Plevneliyev IX Qlobal Bakı Forumunun başlanmasına həsr olunmuş mətbuat konfransında deyib.
“İrəliləmək üçün müəyyən inkişaf planına malik olmaq lazımdır və Azərbaycanın belə bir planı var. Bu plana bərpa olunan enerji mənbələrindən istifadə də daxildir”, – o deyib.
Onun sözlərinə görə, Azərbaycan Avropaya tədarükün artırılması imkanları ilə bağlı digər ölkələrlə inteqrasiya edir.
Plevneliyev Ukraynadakı vəziyyətə də toxunaraq bildirib ki, bu müharibəyə son qoymağın yalnız 1 yolu var və bu yol dayanıqlı sülh müqaviləsinin imzalanmasıdır.