Azərbaycanın inkişaf strategiyasının əsas prioriteti
rəqabətədavamlı iqtisadiyyatdır.
AzerTimes-ın məlumatına görə, bunu bunu “İnklüziv və davamlı inkişaf
üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü
əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda çıxış edən
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının
(PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin
müdiri Şahmar Mövsümov deyib.
“Son illər Azərbaycanda kölgə iqtisadiyyatının azaldılmasına
xidmət edən və biznesin aparılmasının şəffaflığını təmin edən
islahatlar aparılıb. Ötən il vergi daxilolmaları dinamik artım
nümayiş etdirib. Ölkəmizin inkişaf strategiyasının əsas
prioritetləri rəqabət qabiliyyətli iqtisadiyyatdır”- deyə
Ş.Mövsümov bildirib.