Turan Eyr MMC ləğv olunduğunu elan edib.
AzerTimes xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti məlumat yayıb.
Bildirilib ki, kreditorlar tələblərini Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Heydər Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Turan Eyr” 1994-cü ildə yaradılıb, Azərbaycanın ilk özəl aviaşirkətidir. Onun nizamnamə kapitalı 2,47 milyon manatdır. Şirkətin ilk təsisçiləri o vaxtkı “Azərbaycan Hava Yolları” Dövlət Konserni (indiki Azərbaycan Hava Yolları QSC – AZAL) və ABŞ-ın “İTİ Trading İnternational” şirkəti olub. 1997-ci ildə AZAL təsisçilərin sırasından çıxıb, aviaşirkət “Turan Eyr” Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən dövlət qeydiyyatına alınıb.