Azərbaycanın iki şəhərində Amerika guşələri yaradılacaq

ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenbergerlə Lənkəran Dövlət Universitetinin və Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektorları arasında iki anlaşma memorandumu imzalanıb.

Trend-in məlumatına görə, sənəd Şəki və Lənkəran şəhərlərində Amerika guşələrinin yaradılmasını nəzərdə tutur.

Memorandum oktyabrın dördündə Bakıda imzalanıb. Sənədə əsasən, Şəki və Lənkəran sakinlərinə ingilis dilinin tədrisi proqramları, praktiki bacarıqlar üzrə məşğələlər, eləcə də ABŞ-ın tarixi, mədəniyyəti, ölkədə təhsil imkanları barədə məlumatlar təqdim olunacaq.

Hazırda Azərbaycanda Bakı, Gəncə, Xaçmaz, Salyan və Kürdəmir şəhərlərində beş Amerika guşəsi fəaliyyət göstərir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: