Xəbər - Elçin Mehdiyev – Trend:
2020-ci ildə Azərbaycanın idxal və ixrac etdiyi əsas məhsullar məlum olub.
AzerTimes-ın məlumatına görə, 2020-ci ildə əvvəlki illə müqayisədə mühüm məhsul növlərindən kartof ixracı 31,7 faiz, meyvə və tərəvəz şirələri – 20,1 faiz, bitki yağları – 1,7 dəfə, meyvə və tərəvəz konservləri – 3,8 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 16,4 faiz, pambıq lifi – 13,2 faiz, polietilen – 27,6 faiz, qara metallardan borular – 2,0 dəfə artmış, təzə meyvə ixracı isə 10,5 faiz, təzə tərəvəz – 1,2 faiz, şəkər – 2,3 faiz, tütün – 26,1 faiz, çay – 9,9 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 57,3 faiz, emal olunmamış alüminium – 18,1 faiz, pambıq ipliyi – 29,4 faiz, bentonit gili – 7,1 faiz, qara metallardan yarımfabrikatlar – 36,1 faiz azalıb.
2019-cu illə müqayisədə 2020-ci ildə təzə meyvə idxalı 11,5 faiz, kərə yağı, digər süd yağları və pastaları – 19,8 faiz, mal əti – 10,9 faiz, təzə tərəvəz – 1,8 dəfə, minik avtomobilləri – 15,1 faiz, dərman vasitələri – 38,5 faiz, hesablama maşınları, blok və qurğuları – 23,1 faiz, qara metallardan çubuqlar – 36,6 faiz, mineral gübrələr – 4,5 faiz artmış, buğda idxalı isə 13,9 faiz, bitki yağları – 1,3 faiz, xam şəkər və şəkər – 14,5 faiz, çay – 0,8 faiz, kartof – 5,4 faiz, quş əti və onun əlavə məhsulları – 21,0 faiz, siqaretlər – 71,1 faiz, qara metallardan borular – 22,6 faiz, polad prokatı – 13,6 faiz, rezin şinlər – 17,7 faiz, yük avtomobilləri – 4,1 faiz, mebellər – 24,9 faiz, polietilen – 25,0 faiz, paltaryuyan maşınlar – 7,4 faiz, məişət kondisionerləri – 33,4 faiz, avtobuslar – 52,7 faiz, qara metallardan künclüklər – 14,5 faiz, məişət soyuducuları – 12,0 faiz, sement və sement klinkerləri – 32,6 faiz azalıb.