Azərbaycanın icmal büdcəsinin gəlirləri 23 milyard manatdan çox olub

Xəbər - Elçin Mehdiyev – Trend:

Cari ilin doqquz ayında icmal büdcənin gəlirləri 23 milyard 021,4 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5 milyard 531,5 mln. manat və ya 31,6 faiz çoxdur.

Maliyyə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, icmal büdcənin xərcləri isə 19 milyard 458,3 mln. manat məbləğində icra olunub.

2021-ci il üzrə icmal büdcə 7 milyard 335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin doqquz ayında faktiki olaraq 3 milyard 563,1 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.

Teqlər: